Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Hüseyn Cavid .: Məqalələr .: TİFLİSDƏ “İTTİFAQ” MƏKTƏBİ (“İqbal” qəzeti, 25 iyul 1914-cü il)

TİFLİSDƏ “İTTİFAQ” MƏKTƏBİ (“İqbal” qəzeti, 25 iyul 1914-cü il)

1905-ci ildə Tiflisdə iranlılar tərəfindən güşad olunan “İttifaq” mədrəsəsi bu gün mənəvi bir böhran içərisindədir. Hər nə qədər mədrəsənin dərsləri vazeh, işləri müntəzəm bir surətdə cərəyan edir isə də, fəqət əhalinin maarifə rəğbətsizliyi və etinasızlığı üzündən bir müəssiseyi-maarifin hali-ixtisarda olduğu kəmali-təəssüflə görülməkdədir.
Əgər belə gedərsə, bu gələcək sentyabrda mədrəsənin açılmaq ehtimalı yoxdur. Əgər, xudanəkərdə, mədrəsə açılmayacaq olursa, yüz nəfərə qərib müsəlman çocuqlarının halı nə olacaq? Başqaları bizə nə deyəcək? Qonşularımızın nəzərində nə surətlə cilvə edəcəyik? Doqquz ildən bəri çəkilən zəhmətlər nə kimi nəticəyə iqraz edəcək, bu mədrəsənin bəqa və davamı xüsusunda maldan, candan keçən, həyatını, şərəfini bu uğurda fəda edən bir para fəal, fədakar adamlarımızın imdiyə qədər təhəmmül etdikləri əziyyətlər, məşəqqətlər nə yolda bir fayda verəcəkdir?
İştə burasını düşünərək, mədrəsənin vəzi-hali-hazirini göz önünə gətirdikcə, yalnız “İttifaq” məktəbinin halına deyil, bəlkə dolayısilə bütün iranlıların halına qan ağlamamaq qabil deyildir. Çünki müsəlmanlar arasında təbiət qanunu hökmünə keçən nifaq, ədavət, rəyasətpərəstlik kimi bir para məşum adətlər iranlılarda daha şiddətli bir surətdə hökmfərma olduğu üçündür ki, bu gün yüz nəfər qərib müsəlman çocuqlarının tərbiyətgahı olan bu mədrəsə bir para şəxslərin iqrazi-şəxsiyyətlərinə qurban olur. Tiflis kimi bir məmləkətdə ayda yüz əlli, iki yüz manata qərib, cüzi əhəmiyyətsiz bir pul minlərcə iranlıdan bu mədrəsənin məxaricinə sərf olunmaq üçün toplanmayır. Halbuki, minlərcə manatın qeyri-məşru yerlərə sərf olunduğu kimi, minlərcə rublənin dəxi faydasız yerlərə xərc olunduğu görünməkdədir.
Hal-hazırda “İttifaq” mədrəsəsi ayda iki yüz əlli, üç yüz manat ilə idarə olunmaqdadır. Bu paranın nisfi İran konsulxanası tərəfindən tədarik olunur. Digər nisfi isə əhalidən alınması lazım gəlir. Fəqət camaatın iqrazi-şəxsiyyəyə hədəf olması üzündəndir ki, ayda yüz əlli manat kimi əhəmiyyətsiz bir pul nəhayət dərəcədə çətinlik, güclük ilə cəm edilir.
İmdi isə iki aydan bəridir ki, kimsə aylıq və ianə vermək istəməyir. Hətta müəllimlərin tətil maaşlarını vermək üçün mədrəsə daimi sərmayədən (kapitaldan) beş yüz rublə vermişdir. Təəssüflər olsun ki, doqquz illik bir maarif müəssisəsi bu kimi mövqelərdə heç olmazsa, bir il özünü idarə edəcək bir nəqd mövcudu yoxdur...
Artıq bu əsrdə, bu zamanda elm və mərifətin lüzumundan, mənafeyindən bəhs etmək məlumi-elam qiyasından olduğu üçün biz bu xüsusda bir şey söyləməyirik. Ancaq istədiyimiz bir şey varsa, mədrəsənin bəqa və davamı üçün lazım gələn himmət və qeyrətin sərf olunmasıdır.

Müxbir
(“İqbal” qəzeti, 25 iyul 1914-cü il)


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article “İTTİFAQ” MƏKTƏBİNƏ BİR NƏZƏR (“İqbal” qəzeti, 31 avqust 1914-cü il)
“İqbal”ın 696-cı...

(Səs verilməyib)  10-16-2007    Baxılıb: 53   
article NAKAMLIQ (“İqbal” qəzeti, ¹ 59, 14 may 1912-ci il)
Böyük bir ziyai-əbədiBu...

(Səs verilməyib)  10-16-2007    Baxılıb: 67   
article TİFLİSDƏN TEATR, YAXUD SƏNƏTİ-TAMAŞADA TƏBƏDDÜL VƏ TƏRƏQQİ (“İqbal”qəzeti, 9 oktyabr 1913-cü il)
Oktyabrın dördüncü...

(Səs verilməyib)  10-16-2007    Baxılıb: 116