Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Hüseyn Cavid .: Məqalələr .: URMİYƏDƏN (“Şərqi-Rus” qəzeti, 21 may 1904-cü il)

URMİYƏDƏN (“Şərqi-Rus” qəzeti, 21 may 1904-cü il)

O kəs kim elmdən məhrum cəhlilə “fanatik”dir,
Demə insan o nadanə ki, bir heyvani-natiqdir.
Rəsuli-Sadiqə min üç yüz il sabiq deyib xaliq
Ki, bielm olsa insan cinsi-heyvanata lahiqdir.
Nə şərə aşina, nə ürfə danadır o nabina,
Ona bir yaxşı palanilə bir əfsar layiqdir.
Təkəllumdən səva bielm insanın nə tərcihi,
Ki, hər halətdə heyvanilə hər halı müvafiqdir.

Kürreyi-ərzdə bəni növi-bəşərin nisbəti heyvanata nə dərəcədə olursa, əhli-elmin şərafəti əvamünnasə dəxi o mənzildə məhsub olur; necə Qurani-mübində xudavəndi-cahanafərin buyurur: “Avamlar heyvana oxşar, bəlkə ondan da azğın olar”. Bəlkə elmsiz kimsələrin heyvanatdan dəxi əskik və gumrah olmağına işarə olunur; pəs bu surətdə elmi-şərif təvəssütilə insan yer üzündə cəmi şərafət və səadətə malik olub, sair bielm qardaşlarından imtiyaz tapır.
Elmdir ki, ətfali-xürdsali növnihal vəzlə gülşəni-kamalda cuybari-zülali-maarif vasitəsilə sirab etdirib, abü həvayi-insaniyyətlə nəşvünüma verib, gün-gün ülum və fünun əsmarilə cilvələndirib, sayədar və pirbar ağaclar kimi dərəceyi-fəzl və kəmalata yetirir. Elmdir ki, insanı zülməti-cəhalətdən kənar edib, ənvari-hidayətlə qəlbini rövşən qılıb, ixtiraati-cədidə və tərəqqiyati-mütəəddidə sahibi edir. Məzmun: “Beşikdən qəbrədək elm tələb edin” bu barədə bir dəlili-kafidir; əgərçi bu təkidat biz müsəlman qardaşlara yetişib, amma diqqət nəzərilə mülahizə buyurulanda bu hədisi-şərifə məhz miləli-xaricə və düvəli-mütəməddinə amil olub, günbəgün səy və ehtimam edib, mütəəddid ülum və fünun təhsilinə rövnəq verib, hər dəqiqə cəmi tərəqqiyat və kəmalatə malik olmağa çalışıb bir an ğəflətdə bulunmayırlar. Belə uzaq şəhərlərdən iki-üç aylıq məsafəni teyy edib, qürbət ixtiyar qılıb təhsili-elm etmək havasilə uçub “Elm Çində də olsa, tapıb öyrənin!”
Məzmun dürər məşhuninə rövnəqəfza olub leyl və nahar səməndərvər nari-qeyrət və mədəniyyətdə yanmaqdadırlar. Əvvəla, bu müəyyən və müsəlləm ki, həzrəti-Rəsuli-Əkrəm zamanında Mədinə ilə bilad Çin arasına üç-dörd ay zərfində teyy etmək məhal və mümtəni “bir əmr imiş, coğrafiya elminə rucu edilsə məlum olar, pəs bu kəlami-mübarəkdə olan israr və təkiddən məqsud filhəqiqə məhz tələbi-elmə təşviq və tərğib etməkdir. Və saniyən, bu məzmuni-alidən hansı elmin təhsil olması, nə dildə və nə lisanla olmağına işarə olunub şərh və bəst verilməyib ki, aya bu elmi ingilis lisanında öyrənmək və ya Fransa dilində əxz etmək lazımdır və yaxud ərəb lisanından əlavə dildə olsa, cünah və qeyri-caizdir. Əstəğfirullah! Heç bu barədə, əlsineyi-mütəəddidə xüsusunda istisna olunub özgə bir irad varid olmayıbdır.
Pəs əsri-haliyyəmizdə olan müsəlman qardaşların ğəflətindən və ülumi-mütənəvviə füyuzatından bibəhrə olmaqlarından məqami-əfsusda bulunuram ki, necə bədbəxt və nadan olmuşuq! Belə ki, İranda gözəl şəhrlərdən məhsub olan və abü həva və seyrü səfadə sair biladdan imtiyaz tapan şəhərlərdən birisi də sükunət etdiyimiz “Urmiyə” şəhridir; bir tərəfdə imperator canibindən rus şkolası, bir səmtdə ingilis məktəbxanəsı, bir mövqedə Fransa məktəbi güşad olunub ki, hər birində mütəəddid dillərdən əlavə bir müsəlman müəllimi ərəb, fars və türk dillərinin təlimindən ötəri təyin olunub, hər üç məktəbdə məccanən təlim və tərbiyəyə talib və rağib olub tərəqqiyi-millət yolunda səy edir.

“Əcəb deyil ki, ovçu qaçar ovunun dalınca,
Məzəlidir ki, ov qaçar ovçunun dalınca.”

Necə ki, məsdəri-vilayətdən yetişibdir: “mən əlləməni hərfən qədyəsyərəni əbdən”, yəni “hər kəs mənə bir hərf öyrətsə məni özünə qul etmiş kimi olar!” Amma bu biçarə məktəbdarlar ahü dad çəkib bu cahil və bihümmət camaatla bu fərmayişin əksinə əməl edib deyirlər ki: hər kəs bizdən bir hərf öyrənsə həqiqət bizi özynə əbd edib və sərəfraz qılıbdır. Lakin bu təkidatla yenə əlacpəzir olmayır; məgər bir neçə nəfər xanzadə bu məktəblərdə təhsil edirlər ki, bir para dövləti işlərdən ötəri gələcəkdə lazım olmağını təsvir edib Parij, London və Peterburq yollarını teyy etmək zəhmətini nəzərə alıb burada təhsili-elmə məşğul olublar. Bu neçə nəfər xanzadəni çıxandan sonra bəqiyyəsi tamam erməni, yəhudi və nəsara uşaqları ki, bunlar ülum və fünunə, əlsineyi-gunaguna tərvic verib və kəmali-şövq və rəğbətlə rövnəqəfza olublar. Hətta fars və türk dillərini danışıb yazmaqlarını müsəlman yoldaşlarından artıq dərəceyi-təkəllümə yetiriblər. Vəilla tüccar və sair əsnaf ətfalı bu xüsusda əlləddəvam kənarəculluq edib bu mətləbə əbədən iqdam qılmayıb və pak-pakizə olan ağızlarını, firəng və ingilis lisanında təkəllüm etməklə murdarlığa tənəzzül etməyə razı olmayırlar. Və ədəmi-təlim və tərbiyə cəhətilə nə məsaili-şəriyyədən bir məsələ qanıb və nə əhkami-Qurandan bir mətləb anlayıb və nə lazım olan fars və türk dilindən kəma hüvə həqqüh bəhrəyab olublar. Bu biçarə uşaqlara bu barədə yenə məzəmmət yeri yoxdur, çünki bunların ataları hənuz 70 yaşında bisavad olmaq səbəbinə təkalifi -şəriyyə ittilaində bilmərrə qasir olub, ancaq məsəleyi-təharəti yüz məşəqqətlə öyrənib babi-nəcasətdə ğərq olub məbhut və mütəhəyyir qalıblar.
Pəs bu hal üzrə ki, nə üsul və füruə dana və nə əhkami-məsailə aşinadırlar, nə də zamanə görə lazım olan elmi-sənaət, ziraət, ticarət, tibb, hikmət, həndəsə və heyətdən xəbərdardırlar. Heyhat, Heyhat! “Çe nisbət xakra ba aləm-e pak”. Filhəqiqə mülahizə edəndə beş günlük dünyadır, heç bu zəhmət və məşəqqətə dəyməz ki, müsəlman qardaşlar firəngiməab - “yevropeyski” olub öz dininə vəfa qılmayıb bilmərrə bidin və laməzhəb olsunlar?!.

Əgər müsəlmanlıq budur ki, bizim müsəlmanda var,
Vay onun sabahına ki, bu günün arxasınca gələcək!

Filvaqe diqqət nəzəri ilə baxanda əcnəbilər “balon” vasitəsilə neçə günlık məsafəni bir saat zərfində, elmi-sənaət təhsili qüvvəsilə, teyy etməyə qadir olurlar; bunlar bizim üçün böyük mətləblər deyil ki, şayani-təəccüb və mayei-təhəyyur olsun! Hətta, elm sayəsində insan nəinki kürreyi-ərzi səyahətdə aciz və qasir, bəlkə tamam əflak və səmavatı bir anda seyr etməyə mühit və dara ola bilirmiş, bizə nə?..
Pəs bu surətdə zəhməti-müşkiəyə mütəhəmmil olub sərfi-övqəti-şərifə qılıb kəsbi-elm və sənət etmək bihudə və biməna bir iş olmağı bizim indimizə aşkar və hüveydadır! Və bundan qəti-nəzər bəsirət gözilə baxan biz müsəlman milləti Rəsuli-Əkrəm həzrətlərindən yetişən o əmri-nəvahinin hansı birisinə amil və peyrəv olmuşuq ki, əlavə bir təkidati-elmiyyə və sənaiyyəsinə də rövnəqəfza olub, təməddün və tədəyyün xüsusunda buyurduğu fərmayişata himmət və sədaqətlə əməl edib, kəmali-səy və ehtimamla çalışıb, tainki miləli-mütəməddinə nəzərlərində mövhun və sərnigün olmayaq!.

(“Şərqi-Rus” qəzeti, 21 may 1904-cü il)


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article URMİYƏDƏN MƏKTUB (“Şərqi-Rus” qəzeti, ¹ 20, 1904-cü il)
M.T. Sidqinin vəfatı...

(Səs verilməyib)  10-16-2007    Baxılıb: 130   
article NAXÇIVANDAN TƏBSİRƏ (“Şərqi-Rus” qəzeti, 27 avqust 1904-cü il)
Uzaq deyil əzizlər,...

(Səs verilməyib)  10-16-2007    Baxılıb: 65   
article HƏSBİ-HAL -5 | (“Həqiqət” qəzeti, 14, 17, 24, 25 may, 1 iyun 1910-cu il)
- 5 -İmdi üçüncü...

(Səs verilməyib)  10-16-2007    Baxılıb: 86