Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Musiqi .: Azərbaycan musiqisi .: Uşaq mahnıları .: Bizim həyət

Bizim həyət

 
Sözləri Teymur Elçinin,
Musiqisi Fikrət Əmirovundur.

 
Bizim həyətdə
Yüz uşaq var.
Bir-birini
Çox sevir onlar.
Böyük meydandır
Bizim həyət,
Qaynar qazandır
Bizim həyət.

Nəqərat:

Bax, bax, nə gözəldir
Bizim həyət.
Gəl, bax nə gözəldir
Bizim həyət.

Uca evləri
Nə göyçəkdir,
Onun dörd yanı
Gül-çiçəkdir.
Gömgöy dənizdir
Bizim həyət
Hər vaxt təmizdir
Bizim həyət.

Nəqərat.

Dərsdən, bağçadan
Gələndə biz,
Gülür, oynayır
Həyətimiz.
Qoşur nəğmələr
Bizim həyət,
Hər gün, hər səhər
Bizim həyət.

Nəqərat. 
 


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Bizim gəmi
Sözləri Cahangir...

(Səs verilməyib)  10-7-2007    Baxılıb: 71   
article Bizim Bakı metrosu
Sözləri Hikmət Ziyanın,...

(Səs verilməyib)  10-7-2007    Baxılıb: 149   
article Bilməm nə görürdür bizim oğlan oxumaqdan?!
Bilməm  nə  görübdür...

(Səs verilməyib)  9-30-2007    Baxılıb: 129