Sözləri Cahangir Məmmədovun,
Musiqisi Ağabacı Rzayevanındır.
Bizim şən bağçamızda,
Böyük gəmimiz vardır.
Sükançısı Nəriman,
Kapitanı Eldardır.
Oturub bu gəmidə
Biz gəzirik hər yeri.
Uzaqlardan görürük
Işıqlı sahilləri.
Burda hər bir sərnişin
Adlı-sanlı işçidir.
Dənizdən neft çıxaran
Mühəndisdir, neftçidir.
Motorlar guruldayır,
Sürət bir az da artır;
Hamı öz iş yerinə
Vaxtında gəlib çatır.