Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Abbas Səhhət .: Uşaq şerləri .: Ana və bala

Ana və bala

Oturmuş ana,
Basmış bağrına –
Nazlı körpəsin,
Layla der ona.

Uşaq yatmayır,
Baxır, ağlayır,
Anası onu
Bu cür oxşayır:

“Dağda darılar,
Sünbülü sarılar,
Qoca qarılar,
Bu balama qurban.

Dağda tağanlar,
Bir-birin boğanlar,
Oğlan doğanlar,
Bu balam qurban.

Bir bölük atlar,
Atlar göy otlar,
Ərsiz arvadlar,
Bu balama qurban.

Dağın maralı,
Gözü qaralı,
Dünyanın malı,
Bu balama qurban”. 

1912


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Tərpənmə, amandir, bala qəflətdən ayilma
Tərpənmə, amandir, bala...

(Səs verilməyib)  9-30-2007    Baxılıb: 133