Döş südü, eləcə də ağız südü, körpələr üçün ideal tarazlaşdırılmış qida və sudur. Birincİ altı ay ərzində onlara heç bir başqa əlavə qida və maye lazım deyü. Uşağın qəbul etdiyi döş südünün miqdarını adi su, qlyukozalı və ya adi şərbət, çay, ot dəmləmələri, şirələr, qarın sancısını kəsən maye, süd və ya başqa mayelər azalda bilər. Nadir hallar istisna olmaqla, bütün bu mayelər uşağa iazım deyil və ona zərər gətirə bilər. Onlar uşağa yoluxucu xəstəliklərin törədicisini keçirə bilər, allergiyaya və bağırsaqların qıcıqlanmasına gətirə bilər. Əgər onlar uşaq doğulduq-dan dərhal sonra verilərsə, onda onlar uşağa ilk döş verilməsininin geçikməsinə və döş südünün miqdarının azalmasma səbəb ola bilərlər. Döşlə əmizdirmə idealdır, hər hansı başqa bir mayelər bu prosesə mane olur.
Müvəffəqiyyətlə döşlə əmizdirmənin on əsas prinsipi (addım)
Hamiləliyə nəzarət edən, doğuşa kömək edən, yenidoğulmuşlara xidmət göstərən tibbi müəssisələrin borcudur:
1. Döşlə əmizdirmə haqqında olan siyasətin yazılı şəkildə olması və onun mütəmadi olaraq tibb işçilərinin nəzərinə çatdınlması.
2. Bu siyasətin praktiki olaraq həyata keçirilməsi üçün vacib
olan vərdişlərin tibb işçilərinə öyrədilməsi.
3. Döşlə əmizdirmənin üstünlükləri və onun apanlması
haqqında bütün hamilə qadınlara mə'lumat verilməsi.
4. Uşaq anadan olandan sonra yarım saat ərzində uşağı
əmizdirməyə kömək edilməsi.
5. Anaların uşaqları necə əmizdirmək və hətta uşaqlardan
ayrı olduqları hallarda laktast'yanı necə saxlamağın göstərilməsi.
6. Tibbi göstəriş istisna olmaqla yenidoğulmuşlara döş
südündənbaşqa hər hansı bir başqa yemək və içməyin ver-
ilməməsi.
7. Äna və uşağın gecə və gündüz bir otaqda olmasının tət-
biq edilməsi.
• 8. Uşağın tələbatına uyğun otaraq əmizdirmənin təşviq edilməsi.
9. Südəmər uşaqlara əmziklərin vehlməməsi.
10. Döşlə əmizdirmənin tərəfdarları qruplartnın yaradıi-
masının təşviq ediiməsi və anaların xəstəxanadan və ya
klinikadan yazıldıqlarından sonra bu qruplara göndərilməsi.
Hətta isti və quru iqlim şəraitində döş südü uşağın suya olan tələ-batını ödəyir. Döş südünün tərkibində olan maye, uşağa verilən hər hansı bir başqa mayedən, onun tərəfindən daha yaxşı mənimsənilir.
NƏ VAXT UŞAQLARA YALNIZ DÖŞ SIIDÜ AZLIQ EDIR?
Təxminən altı aydan başlayaraq uşağa bərk yeməklər verməyə başlayın (ailədə olan və işlənən hər hansı bir qida), lakin ideal olaraq döşlə əmizdtrməni iki yaşına qədər və daha artıq davam edin. Sizin uşağınız bərk qida qəbul etməyə başladığı zaman döş südü uşağın suya olan tələbatını ödəməyinə baxmayaraq, təmiz su tapmaq imkanı olmadıqda, siz ona qaynanmış soyudulmuş su verə bilərsiniz. Südəmər uşaqlara çay və şirinləşdirilmiş içkiləri vermək olmaz. Belə içkilər heç bir xeyirli qida maddələrinə malik deyil və yalnız dişlərə zərər yetirir. Çay süddəki dəmirin mənimsənilməsini azaldır və nəticədə dəmir çatma-mazlığı qan azlığma gətirir. İki yaşına qədər uşağın döşlə əmizdirilməsi ona lazım enerji və zülala olan tələbatını təxminən ödəyir, qiymətli A və C vitaminlərinin gözəl mənbəyi olaraq onu yoluxmadan müdafiə edir. Gəzməyə başlayan xəstə körpələr başqa qidadan imtina etdikdə döş əmə bilərlər. Bu qidalanmanı saxlayır, sağalmanı tezləşdirir və uşağı sakitləşdirir.
DEMƏK XƏSTƏ UŞAQLAR DÖŞ ƏMMƏNI DAVAM ETMƏLIDIR?
Bəli, xəstə uşaq döşlə qidalanmanı davam etməlidir, çünki döş südü xəstəliyə qarşı aktiv mübarizə aparır. Döş südü xəstəliklərlə mübarizə aparan çoxsaylı maddələrə malikdir. Məsələn, əgər sizi əhatə edən mühitdə mə'də-bağırsaq xəstəliyi törədən mikroorqanizmlər varsa, sizin bədəninizdə yaranan antitellər uşağı müdəfiə etmək üçün döş südünüz vasitəsi ilə uşağa verilir. Döş südü asan həzm olduğuna görə, xəstə uşaqda qusmaq ehtimalı az olur.
DÖŞLƏ ƏNIIZDIRILƏN UŞAQLAR AZMI XƏSTƏLƏNIRLƏR?
Bəli, şübhəsiz. Döş südü uşaqlan yayılmış yoluxucu xəstəliklərdən, xüsusən mə'də-bağırsaq və respirator xəstəliklərdən qoruyur. Hətta ən yaxşı və gigiyenik şəraitdə sün'i qidalandırılan uşaqlar beş dəfə artıq mə'də-bağırsaq pozğunluqları ehtimalına malikdirlər. Su və istilik təchi-zatı pozulduqda yoluxucu xəstəliklər tez yayılır. Döşlə əmizdirilən uşaq-lara nisbətən, sün'i qidalandırılan uşaqlarda ölımə ehtimalı mə'də-bağır-saq xəstəliklərindən 14, respirator xəstəliklərdən isə 3 dəfə artıq olur. Döş südü ilə qidalandırma böyrək xəstəliyinə gətirən sidik yollarının infeksiyasının və karlığa gətirən qulaq infeksiyası təhlükəsini azaldır.
LAKIN MƏNIM RƏFIQƏLƏRIMIN UŞAQLARI
DÖŞLƏ ƏMIZDIRILMƏSINƏ BAXMAYARAQ XƏSTƏLƏNIRLƏR?
Əlbəttə, bə'zi döşlə əmizdirilən uşaqlar xəstəliyə yoluxurlar, lakin onların əksəriyyətində xəstəlik daha yüngül formada keçir. Sün'i qidalanan uşaqlara nisbətən belə uşaqlar tez sağalır, üzülmür və onlar-da ölmə ehtimalı az olur. Uşaq nə qədər zəif olarsa, bir o qədər onun döş südünə ehtiyacı çox olur.