Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mirzə Ələkbər Sabir .: Satiralar 1906 .: Adətimiz daş idi dəva günü

Adətimiz daş idi dəva günü

Adətimiz daş idi dəva günü,
Tullardıq eldə sapan qıjhaqıj!

Hər kəsə dəysəydi edərdi haman
Bir neçə gün ahu fəğan, ufhauf!

Mərhəm olurdu, sağalırdı yara,
Eldə qalırdı yenə can sapbasağ.

Imdi revolverdi, dönüm başına,
Nagəh olur gülləfəşan partapart!

Onda görürsən yıxılıb yanbayan
Bir neçə növrəstə cəvan laybalay!

Tüf belə dövranə ki, bədtər olur
Seyri-fələk, dövri-zəman ilbəil!

Milləti-islam qırır bir-birin,
Allah, amman, bu nə yaman qırhaqır!

Qardaşa bax, qardaşını öldürür,
Vəhşi olub əhli-cəhan sərbəsər!

Milləti gördükcə belə hərcü mərc
Könlüm olur dopdolu qan qatbaqat.

Boylə gedərsə, Bakı eldən gedər,
Qalmaz o məvadə aman hiç, hiç!

Barı, xudaya, özün islah qıl,
Ta edələr piru cəan sülh, sülh!


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?