Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mirzə Ələkbər Sabir .: Satiralar 1906 .: Ata nəsihəti

Ata nəsihəti

Bəsdir, ey  oğul, boş yerə bu  elmə  çalışma,
                         Qanun  tələf  oldu!
Gündüz, gecə səy eyləyibən dərsə alışma,
                         Canın tələf oldu!
Bu şəhrdə şoxdur, gğrürəm, rlm  oxuyanlar,
                         Onlar  nə  tapıblar?
Divanədilər malını bu  yolda qoyanlar
                         Guya ki,  yatıblar.
Çoxdur  zərərli adəm üçün elm oxumağın,
                         Sən  say  və  deyim mən:
Əvvəl  bu ki,  məktəbdə  olur təlx damağın,
                         Ey dideyi- rövşən!
Bir də  gözünün nuru gedib kur  olacaqsan,
                         Canın  da  sağ  olmaz;
Rəngin  saralıb axılı rəncir olacaqsan,
                         Bağrında  yağ olmaz .
Axılda, tutaq, ölməyib onversətə getdin,
                         Qurtardın özünə də;
İnsaf ilə  söylə, bu işi  yaxşımı etdin?
                         Bir  dur  bu sözündə!
 Sən də  deyəcəksən sasalım, ya ki,  demoqrat”,
                         Bilməm  necə  dersiz;
Xəlqin evini  yıxdı çıxıb bir neçə  bədzat,
                         Ax, ax, a beyinsiz!
Hər  bir  gədə bir az oxuyub adım olubdur,
                         Zakonu  bəyənməz;
Çoban-çoluq oğlu bəy  ilə  bahəm olubdur,
                         Hamunu  bəyənməz;
Gahi şaha  bir tənə vurar, gah vəzirə,
                         Bax, bax,  səni  tarı!
Gahi  ocağa şəkk eliyər, gahi də pirə, 
                         Kafir  olu barı.
Bundan sora qıl  tövbə  dəxi,  məktəbə getmə,
                         Bircə usan, oğlum!
Ta  baxma müəllim sözünə, ta əməl etmə,
                         Axır utan, oğlum!
Çıx dağa, daşa, yol kəsibən qarətə baçla,
                         Axırda  qaçaq ol;
Sal bir  beşatan boynuna, bu adətə başla;
                         Həmmali- yaraq ol,
                         Xəlqə dadanaq ol,
                         Hər işdə sayaq ol,
                         Var cana ziyanı-
                         Qeyrətdən uzaq ol!..

Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?