Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mirzə Ələkbər Sabir .: Satiralar 1906 .: Tərpənmə, amandir, bala qəflətdən ayilma

Tərpənmə, amandir, bala qəflətdən ayilma

Tərpənmə, amandir, bala qəflətdən ayilma
Açma gözünü, xabi - cəhalətdən ayılma!
                                    Laylay, bala, laylay!
                                    Yat, qal dala  laylay!
Aldanma ayıqlıqda fəraqət ola, heyhat!
Qəflətdə  keçənlər kimi  ləzzət ola, heyhat!
Bidar olanın başı səlamət ola, heyhat!
At  başını  yat, bəstəri-rahətdən ayılma!
                                    Laylay, bala, laylay!
                                    Yat, qal dala  laylay!
Açsan gözünü,  rəncü məşəqqət görəcəksən,
Millətdə qəm, ümmətdə küdurət görəcəksən,
Qıldıqca nəzər millətə  heyhat görəcəksən,
Çək  başına yorğanını,  nikbətdən  ayılma
                                    Laylay, bala, laylay!
                                    Yat, qal dala  laylay!
Bir ləhzə ayıldınsa, qutar canını, yuxla,
At tiryakını, meyl elə qəlyanını, yuxla,
İncinsə  sağın, ver yerə sol  yanını, yuxla,
İllərcə şüar etdiyin adətdən ayılma!
                                    Laylay, bala, laylay!
                                    Yat, qal dala  laylay!
Göz nurudur uydu, onu dur etmə gözündən,
Yol vermə məbada çıxa bir  an  sözündən,
Amma elə  bərk  yuxla ki,  hətta get  özündən,
Afaqı dutan şurü qiyamətdən ayılmna!
                                    Laylay, bala, laylay!
                                    Yat, qal dala  laylay!

Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Ana və bala
Oturmuş ana, Basmış...

  10-6-2007    Baxılıb: 122