Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mirzə Ələkbər Sabir .: Satiralar 1906 .: Cəhd eylə, sən ancaq nəzəri - xəlqdə pak ol

Cəhd eylə, sən ancaq nəzəri - xəlqdə pak ol

Cəhd eylə, sən ancaq nəzəri- xəlqdə  pak ol,
                            Məxluqu inandır;
Xasiyyətin  od olsa da, ətvardə  xak ol,
                            Sök aləmi, yandır;
Xəlqin  nəzərin  cəlb elə qurşağə,qəbayə,
                            Məclubi- üyun ol;
Hər  hiyləvü  bicliklə  gir, əlbəttə, əbayə,
                            İmanə sütun ol;
Səy  eylə ki,  saqqal  uzanıb üç çərək  olsun,
                            Papaq  ona  nisbət;
Qursaq  da,  bilirsən  ki,  on  arşın  gərək  olsun,
                            Təfsilə nə  hacət...
Qoyma  yerə  təsbihini, əl  çəkmə  duadan,
                            Övrad  oxu  daim;
Məclisdə  çəkib  dut  özünü, ol nücəbadən,
                            Söz söylə  mülayim;
İstə  geyinib  məzhəbi, imanı  büründün, 
                            Pək  möhtərəm  oldun;
İndi nəzəri- xəlqdə sən pak göründün,
                            Əhli –kərəm  oldun;
Başdan- ayağa  əmnü əman oldu vücudun,
                            Zövq  ilə  bitişdin;
Nolmaq diləyirdinsə, həman  oldu vücudun,
                            Məqsudə  yetişdin!
Vəqf oldu  ki, imdi  edəsən  aləmi talan,
                            Dut, qoyma qaçanı!
Hökm imdi sənindir, dəxi çək işlərə  saman,
                            Yığ müşkül  açanı;
Dul övrətə  bidad elə, eytamə  xəyanət,
                            Xovf etmə əcəldən;
Məkr isə  özün  qıl, oxu  şeytanə də  lənət!
                            Şad ol bu  əməldən,
                            Əl çəkmə hiyəldən,
                            Təzvirü  dəğəldən,
                            İmanı da versən.
                            Vermə pulu  əldən!.. 

Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?