Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mirzə Ələkbər Sabir .: Satiralar 1906 .: Bilməm nə görürdür bizim oğlan oxumaqdan?!

Bilməm nə görürdür bizim oğlan oxumaqdan?!

Bilməm  nə  görübdür bizim oğlan oxumaqdan?!
               Dəng  oldu qulağım!
Jurnal, qəzetə,  hərzəvi hədyan oxumaqdan
               İncəldi  yşağım!
Əqlin aparəb bəs  ki,  baxır gündə qərayə,
               Ya  rəb,  nə həmaqət,
Söz etməz əsər, çarə qalib  imdi duayə,
               Tədbir elə, övrət!
Lənət  sənə, ifritə,  sənindir bu  cəhalət.
               Etdin nə vəyanət!
Səndən törənibdir bizim  evdə belə bidət,
               Ey mayeyi- hiylət!
Dutsun çörəyim gözlərinin  ağü qarasın,
               Ey  həmsəri- bədxah!
Haşa, oda  yaxmaz ana istəkli balasın,
               Kəssin  səni allah!
Bu  tifli oxutmaqlığa etdin məni  tərgib,
               Hər  eylədin iğva.
İmdi nədi  fikrin? İşimiz oldu bu  tərkib,
                çarəsi əsla.
Heyhat ki,  tədbir ola da xanəxərabə,
               Zail  olub əqli.
Dərsə,  qəzetə, məktəbə, jurnalə, kitabə
               Mail olub əqli.
Yıxdın evimi, eylədin övladımı zaye,
               İş  keşdi məhəldən.
Mən anlamıram elm  nədir, ya ki  sənaye,
                bu  əməldən!
İstərdim o da mən kimi bir  hörmətə çatsın,
               Dünyadə dolansın;
Ta qol gücünə malik olub şöhrətə  çatsın,
               Azadə  dolansın;
Bir  vəqtidir imdi ki,  olub  Rüstəmi- dövran,
               Bir  ad qazanaydı;
Qarətlər edib ta ki,  tapaydı sərü saman,
               Bir şey də qanaydı.
Puç eylədin, övrət, bu  gözəl, sadə  cəvani!
               Dilbilməz oğul, vay!
Rəngi saralıb, qalmıyıb əsla  yarı cani,
               Bir  gülməz oğul, vay!
Ax, naxələf oğlum, nə çətin məşqə düşübsən,
               Ey kaş, usanaydın!
Quidurluğa yox, elmə tərəf eşqə düşübsən,
               Bu  qübhü qanaydın!
Ey nuri- düçeşmim, oxumaqdan həzər eylə,
               Saləh vələd  ol, gəl!
At min, hünər öyrəş, məni də  bəxtəvər  eylə,
               bələd ol , gəl!
Bəsdir oxudun, az qala canın tələf oldu,
               Bu kardan əl çək!
Yazmaq, oxumaq başına əngəl- kələf oldu,
               Əşardan əl çək!
Min elm oxuyub söz biləsən hörmətin olmaz
               Bu    dari- cəhanda;
Söz bəhrinə  gövhər olasan qiymətin  olmaz
                bu zəmanda.
Yox, yox, baxıram fikrinə, səndən oğul olmaz,
               Canın bəcəhənnəm!
Mırt- mırt oxumaqdan, kişi, bir qan ki, pul  olmaz!
                dəmadəm,
                elm fərahəm,
               Ol qüssəyə həmdəm;
Ömrün olacaq kəm,
Düşmən sənə  aləm!..

Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Bilməm kimə?
Çocuqluğumda eşitmişdim...

(Səs verilməyib)  10-10-2007    Baxılıb: 57   
article Bizim gəmi
Sözləri Cahangir...

(Səs verilməyib)  10-7-2007    Baxılıb: 56   
article Bizim həyət
 Sözləri Teymur Elçinin,...

(Səs verilməyib)  10-7-2007    Baxılıb: 64