Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mirzə Ələkbər Sabir .: Satiralar 1906 .: Millət necə tarac olur olsun, nə işim var?!

Millət necə tarac olur olsun, nə işim var?!

Millət  necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy  mən  tox  olum, özgələr ilə  nədi  karim,
Dünyəvü cahan ac  olur olsun, nə işim  var?!

Səs  salma,  yatanlar ayılar, qoy hələ  yatsın,
Yatmışları razı  deyiləm  kimsə  oyatsın,
Tək- tək ayılan varsa da,  həq dadıma çatsın,
Mən salim olum, cümlə cahan  batsa da  batsın;
    
                 Millət  necə  tarac olur  olsun,  nə işim var?!
                 Düşmənlərə  möhtac  olur  olsun, nə  işim var?!

Salma yadıma  söhbəti- tarixi – cəhani,
Əyyami- sələfdən demə  söz bir də,  filani,
Hal isə gətir meyl  eləyim dolmanı, nani,
Müstəqbəli  görmək  nə  gərək , ömrdü fani;
                 
                  Millət  necə  tarac olur olsun, nə işim var?!
                 Düşmənlərə  möhtac olur  olsun,  nə işim var?!

Övladi- vıtın  qoy hələ  avarə  dolansın,
Çirkabi- səfalətlə əli,  başı bulansın,
Dul övrət  isə  sailə olsun, oda  yansın,
Ancaq mənim avazeyi- şənim    ucalansın;
     
                 Millət  necə  tarac olur olsun, nə işim var?!
                 Düşmənlərə  möhtac olur  olsun,  nə işim var?!

Hər  millət  edir səfheyi – dünyadə tərəqqi,
Eylər hərə bir  mənzili- məvadə  tərəqqi,
Yorğan – döşəyimdə  düşə  gər  yadə  tərəqqi,
Biz də  edərok aləmi- röyadə  tərəqqi;

                 Millət  necə  tarac olur olsun, nə işim var?!
                 Düşmənlərə  möhtac olur  olsun,  nə işim var?!


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Arıq çalı1şır ki, millət azad olsun
Arıq çalı1şır ki,...

(Səs verilməyib)  9-30-2007    Baxılıb: 92   
article AND OLSUN
Şairləri qanadında...

(Səs verilməyib)  10-16-2007    Baxılıb: 91   
article Başqa millətdən hüququ almaq üçün hər zaman
Başqa millətdən hüququ...

(Səs verilməyib)  9-30-2007    Baxılıb: 96