Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mirzə Ələkbər Sabir .: Satiralar 1906 .: Bir məclisdə 12 kişinin söhbəti

Bir məclisdə 12 kişinin söhbəti

 Vəkil
Həqsizə  həqli  deyib, bir  cox  günaha  batmışam.
                                          Həkim
Dərdi təşxis etməyib, qovm- əqrəba ağlatmöşam.
                                          Tacir
Mən həlal ilə həramı bir-birinə qatmıçam.
                                          Rüvzəxan
Ümmətin pulun alıb, min-min yalan spz satmışam.
                                          Dərviş
Nerdı bulsam soq açıb, min-min yalan söz  satmışam.
                                          Sofi
Ruzü şəb həq-həq deyib, mən hər  kəsi  oyatmışam.
                                          Molla
Gündə  bir  fitva verib,  məxluqu çox aldatmışam.
                                          Elm
Qəti – ümmid etmişım, teksər bu qovmi atmışam.
                                          Cəhl
Ortada keyf eyləyib, mən həm  məramə çatmışam.
                                          Şair
Bülbülə, eşqə, gülə  dair  yalan  fırlatmışam.
                                          Əvam
Anlamam  hərgiz,  cəhalət bəstorində yatmışam.
                                          Qəzetəçi
Mən  cəridəm  dolmaq üçün  mətləbi uzatmışam.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?