Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Hüseyn Cavid .: Bahar şəbnəmləri .: İbtilayi-qəram

İbtilayi-qəram

Dinliyorkən lisani-şerimi bən,
Bir yetimin lisanhalı kibi,
Yüksəlir bir inilti qəlbimdən,
Titrədir ruhi-lərzədar şəbi.

Daima bir sərabə aldanırım;
Ağlaram, sızlaram, fəqət o zaman,
Ruhi-şerimdə çırpınır sanırım
Bir qırıqlıq, bir ehtiyaci-nihan.

Öylə bir ehtiyaci-mübrəm ki,
Ona vabəstə etilayi-xəyal,
Şer-şair bulur onunla kəmal.

İştə ahəngi-leyl, səmti-səma,
İştə dalğın dəniz diyor sanki
Həp sükuti-bəliğ içində bana:
Ruhi-şairdə mevcidi-ilham
Bir məziyyət var: “İbtilayi qəram!..”


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?