Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Hüseyn Cavid .: Bahar şəbnəmləri .: Nəcmi-geysudar

Nəcmi-geysudar

Sən ey yüksək fəzalardan aşan səyyahi-zərrinpər!
Uzaq, ey nəcmi-geysudar! Uzaq gəz, ərzə yaqlaşma!
Uzaqdan pək gözəlsin, mənzərən pək tatlı, pək dilbər,
Məhəbbət yoq təqərrübdə, şu məhrəkdən saqın, şaşma!

Təfərrücgahın ey səyyari-ülvi, pək geniş... yüksəl!
Bu alçaq yer sana layiq deyil, yüksəl, yaqın gəlmə!
Münəvvər saçlarınmış sanki zəhralud bir məşəl,
Yaqarmış xəlqi!.. Hər kəs qorquyor, uç get, saqın gəlmə!

Bizim torpaqda naməqbul olur biganələr daim,
Onunçün sevməz insanlar səni, hər kəsdə nifrət var.
Məramın qəhr isə, get! Onları təsmim edər daim,
Şu ərz üstündə yüz binlərcə geysudar yıldızlar.

Bakı



Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?