Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Hüseyn Cavid .: Bahar şəbnəmləri .: Çoban türküsü

Çoban türküsü

Açmasın çiçəklər, gülməsin güllər,
Ötüşməsin şirin dilli bülbüllər,
Dərdim çoqdur ellər, ellər, ay ellər!
Yar-yar deyib gecə-gündüz ağlaram.

Göz yola dikməkdən bağrım oldu qan,
Bir xəbər yoq hilal qaşlı yarımdan,
Yaralı könlümü olmaz oxşayan,
Yar-yar deyib gecə-gündüz ağlaram.

Gülməz, yüz bahar olsa, gülməz yüzüm,
Yardan başqa bir gözəl görməz gözüm,
Sanki anadan ayrılmış öksüzüm,
Yar-yar deyib gecə-gündüz ağlaram.

Öz yurdumda bir qəribdən seçilməm,
Əsir kibi bir dost, bir yaqın bilməm,
Cihan cənnət olsa, bir ləhzə gülməm,
Yar-yar deyib gecə-gündüz ağlaram.

Məcnun könül Leylasını unutmaz,
Başqa bir gözəl dərdimi uyutmaz,
Bir məsəldir: “Tərlan yerin sar tutmaz!”
Yar-yar deyib gecə-gündüz ağlaram.

Göy yüzündə görür-görməz hilalı,
Keçər fikrimdən yarımın xəyalı,
Dərbədər könlümün artar məlalı,
Yar-yar deyib gecə-gündüz ağlaram.

Xatirə gəldikcə mavi gözləri,
Süzgün baqışları, tatlı sözləri,
Dolaşırım dağı, daşı, düzləri,
Yar-yar deyib gecə-gündüz ağlaram.

Yosma dilbərim deyilmiş ədasız,
Pək nazlıdır, amma deyil vəfasız,
Nə çarə!? Eşq əhli olmaz bəlasız,
Yar-yar deyib gecə-gündüz ağlaram.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Çoban
Göydəki göy buludlar,...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 128   
article Çoban və bənək
Haramı gəldi, Qoyunu basdı....

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 108   
article Yalançı çoban
Bir çoban bir gün etdi dağda...

(Səs verilməyib)  9-30-2007    Baxılıb: 163