Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Hüseyn Cavid .: Bahar şəbnəmləri .: Vərəmli qız

Vərəmli qız

Sarı gül! Ey şikəstə, solğun nur!
Niçin aludeyi-xəyal oldun?!
Çeşmi-nazində başqa rəmz oqunur,
Söylə, bir söylə, sən niçin soldun?!

Düşünüb durma böylə incə, dərin;
İncəlik, ya dərinlik afətdir.
Nerdə əvvəlki tatlı cilvələrin?
Bu nə halət, nasıl qiyafətdir!?

Bən dilərdim ki, cümlə züvvarın
Sana həmşireyi-səfa deyələr!
Niçin ağlar nigahi-bimarın,
Səni qoynunda bəsləmişmi kədər?!

Ah... bilməm nə sehr var səndə,
Könül ancaq səninlə nəşə bulur.
Sən mələksin, təvərrüm etsən də,
Yenə ruhum sənin əsirin olur.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?