Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Seyid Əzim Şirvani .: Hekayətlər .: Yalançı peyğəmbər

Yalançı peyğəmbər

  Bir şəxs mədyun olub xəbti-dimağ eləmişdi. Buna görə peyğəmbərlik iddiası elədi. Onu padşah ehzar edib ki, belə məsmu oldu ki, həqq-təala sənə nübüvvət əta qılıbdır.
   Dedi: - Bəli.
   Padşah dedi ki, peyğəmbərlər qeybdən xəbər verirlərdi, sən necəsən?
   Dedi ki, mən də qeybdən xəbər bilirəm.
   Padşah dedi ki, de görüm, bu halda mənim qəlbimdən nə xüutur eləyir?
   Dedi ki, ey padşah, bu halda sən fikr edirsən ki, guya mən yalançı peyğəmbərəm. Səhvinə istiğfar elə.
   Padşah xəndan oldu və onun təqsirindən keçib: ənam və xələt verdi.
 

Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Yalan sözlər - Röya
Sən sevirəm deyirdin, Sən...

  10-7-2007    Baxılıb: 214   
article Yalançı çoban
Bir çoban bir gün etdi dağda...

(Səs verilməyib)  9-30-2007    Baxılıb: 194