Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Hüseyn Cavid .: Bahar şəbnəmləri .: Sevinmə, gülmə, quzum!

Sevinmə, gülmə, quzum!

Sevinmə, gülmə, quzum, kimsənin fəlakətinə;
Bu hal, əvət, eyi bir şey deyil, sevinmə, saqın!
Sevinmə başqasının hali-pürsəfalətinə,
Toqunma qəlbinə bikəslərin, zavallıların.

İnan ki, bir acı söz, bir baqış, bir incə gülüş
Kədərli, sıtmalı bir qəlbi tırmalar, yaralar.
O qəlb avunsa da, aldanma, incinib küsmüş,
Sağalmaz iştə o, yıllar keçər də həp sızlar.

Toqunma, ruhum! Əvət, kinlidir fələk, bir gün
Qızar, həmən gücənib intiqam alır səndən.
Bu gün gülən yarın ağlar, saqın öyünmə, düşün!
Düşün də munis ol! İncitmə, qırma kimsəyi sən!..



Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Quzum
Sözləri Mehdi Seyidzadənin,...

(Səs verilməyib)  10-7-2007    Baxılıb: 99   
article Quzum
Sözləri Zeynal Cabbarzadənindir,...

(Səs verilməyib)  10-7-2007    Baxılıb: 138