Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Hüseyn Cavid .: Keçmiş günlər .: İlk bahar

İlk bahar

Kiçik bir məktəbliyə

Bahar, bahar gəlmiş, yenə ilk bahar;
Güllər, çiçəklər gülər, quşlar oynar.
Göyün altun saçlı qızı nur saçar,
İnsanların tutqun könlünü açar.
Dağlar, çəmənlər geyinir al, yaşıl;
Yerlər, göylər parıldar işıl-işıl.
Bülbüllər ötüşür, cəh-cəh vururlar,
Güllüklərdə dügün, dərnək qururlar.
Sevgili bir çoban, on bir yaşında,
Düdük çalar axar sular başında.
Ətrafında qoyun, quzu hoplaşır,
Oynar, mələr, qoşar yenə toplaşır.
Bir yanda bir dul qadın ağır-ağır
Xəstə yavrusunu öpüb oynadır.
Bir yanda məktəbli bir çox qız, oğlan
Oynaşıb oxuşur həp bir ağızdan.
Əl-ələ, qol-qola şadan olurlar,
Haqqın qüdrətinə heyran olurlar.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Bahar (Röya)
Mənə baxıb görməz...

  10-7-2007    Baxılıb: 230   
article Gəl, bahar
Sözləri Teymur Elçinin, Musiqisi...

  10-7-2007    Baxılıb: 146   
article Bahar gəlir
Sözləri Yusif...

  10-7-2007    Baxılıb: 202