Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Musiqi .: Azərbaycan musiqisi .: Uşaq mahnıları .: Odlar ölkəsi

Odlar ölkəsi

Sözləri Tofiq Mütəllibovun,
Musiqisi Fikrət Amirovun.
Qəlbini ucaltmış göyə məşəl tək,
Bakıdır köksündə döyünən ürək.
Gülür gözlərində böyük gələcək.
Eşitsin obalar, ellər bu səsi:
Bu gün bayram edir Odlar ölkəsi


2 dəfə
Dostluğun eşqilə ucalırıq biz,
Gül açır, bar verir diləklərimiz.
Bir vurur hər zaman ürəklərimiz
Eşitsin obalar, ellər bu səsi:
Bu gün bayram edir Odlar ölkəsi.


2 dəfə
Sevinclə ötüşür onun hər anı,
Dillərdə dolaşır şöhrəti, şanı
Zəfərlər ucaldır Azərbaycanı.
Eşitsin obalar, ellər bu səsi:
Bu gün bayram edir Odlar ölkəsi.
2 dəfə

Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?