Sözləri Cahangir Məmmədovun,
Musiqisi Ağabacı Rzayevanındır.
Sakit kəndə elə bil
Birdən çay axır gəlir.
Səs düşür, haray düşür:
-Yol verin, naxır gəlir!
Uşaqlar çəpərlərin
Arxasına düzülür.
Kimi sakit dayanır,
Kimi qışqırır, gülür.
-Bax budur, “Xallı” gəlir,
-Bax budur, “Mərcan” gəlir!
-“Qızıl”a bax, “Qızıl”a,
görün nə yaman gəlir!
Gəlir, gəlir durmadan,
Kəsilməyir arası.
Bizim doğma kolxozun
Nə çoxdur mal-qarası!