Sözləri Cahangir Məmmədovun,
Musiqisi Qənbər Hüseynlinindir
.
Balıncımın üstündə
Uzanırsan gizlincə.
Qulağımın dibində
Xoruldayırsan gecə.
Səssizcə dayanırsan;
Bir xışıltı eşitcək, -
Ov üstünə cumursan
Məharətli ovçu tək.
Ay sarı rəng məstanım!
Tükü ipək məstanım!
Gəl yanıma oynayaq,
Gözü göyçək məstanım!
Gözəl məstan,
Baxıb mənə altdan-altdan
Əl-üzünü yuya-yuya
Belə dedi: “Myao-myao!...”