Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Musiqi .: Azərbaycan musiqisi .: Uşaq mahnıları .: Mənim oyuncaqlarım

Mənim oyuncaqlarım

Sözləri Tofiq Mütəllibovun,
Musiqisi Midhət Əhmədovundur.
 

 
Mənim oyuncaqlarım
Bir-birindən qəşəngdir.
Bax bu yaşıl maşındır,
Bu da xallı pələngdir.

Bir qırmızı topum var,
Heç düşməyir əlimdən
Səhər-axşam sevinclə
Oynadıram onu mən.

Məxmərdəndir dərisi
Mənim qəşəng ayımın
Ona ev də tikmişəm
Yanında çarpayımın.

Çoxlu oyuncaq alır
Mənə atamla anam
Niyə də almasınlar
Axı, yaxşı oğlanam. 


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?