Sözləri Hikmət Ziyanın,
Musiqisi Musa Mirzəyevindir.
Biz bu yurdun övladları
Şən qızlarıq, oğlanlarıq.
Elimiz tək bir xoş sabah
Kommunizmi quranlarıq.
Nəqərat:
Xoş günlərdir nəsibimiz,
Ucalırıq biliklə biz.
Gələcəyin qurucusu
Deyir bizə ellərimiz.
Bir anımız keçmir hədər,
Qazanırıq dərsdə zəfər.
Əlimizlə yaranacaq
Daha xoşbəxt, gözə günlər.
Nəqərat:
Xoş günlərdir nəsibimiz,
Ucalırıq biliklə biz.
Gələcəyin qurucusu
Deyir bizə ellərimiz.