Sözləri İlyas Tapdığın,
Musiqisi Oqtay Zülfüqarovun.
Məktəbə gedəcəyəm
Mən də bu ildən.
Gedəcəyəm yanaşı
Dostlarımla mən.
Şəkilli kitablarım,
Karandaşım var.
Çantamı bağçamızda
Bağışlayıblar.
Məktəbə gedəcəyəm
Mən də bu ildən.
Gedəcəyəm yanaşı
Dostlarımla mən.
Əzbərdən öyrəndiyim
“Məktəb” şerini,
Deyəcəyəm sinifdə
Birinci günü.
Məktəbə gedəcəyəm
Mən də bu ildən.
Gedəcəyəm yanaşı
Dostlarımla mən.