Sözləri Mehdi Seyidzadənin,
Musuqisi Səyid Rüstəmovundur.
Maral çıxdı bərəsindən,
Yaşıl şamlar dərəsindən,
İki körpə quzuları
Atılırdı dövrəsində.
Maral gördü dağda çeşmə,
Ovçu, ona yaxın düşmə.
İçsin maral sərin sudan,
Ürəyini vurub deşmə.
Maralımın yeri bağça,
Buynuzları haça-haça.
İnsaf olmaz ovçularda,
Vurar, qoymaz maral qaça.