Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Musiqi .: Azərbaycan musiqisi .: Uşaq mahnıları .: Layla

Layla

Sözləri Sərdar Əsədin,
Musiqisi Ramiz Mustafayevindir.
 


Nəfəsi süd qoxulu,
Üzümə çox baxmısan.
Axşam gəldi yuxulu,
Sən hələ oyaqmısan!

Nəqərat:

Laylaları çəkmişəm
Yastığının üzünə;
Səslər ilə tikmişəm,
Qıyma onlar üzülə.

Açmışam pəncərəni,
Saçından əssin külək.
Bir də öpüm mən səni.
Öpüşlərin mübarək!

Nəqərat.

Arzu beşiyindəyəm,
Al varımı-yoxumu.
Bala, keşiyindəyəm –
Yat mənim də yuxumu!...

Nəqərat. 
 


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Layla
Layla deyim, yat ciyərim parası,...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 75