Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Musiqi .: Azərbaycan musiqisi .: Uşaq mahnıları .: Quzum

Quzum

Sözləri Zeynal Cabbarzadənindir,
Musiqisi Fikrət Amirovundur.


Bir quzum var rəngi ala,
Quzum oxşar marala.
Ayrı düşsə mələr quzum,
Tükləri məxmər quzum.
Hər gün səhər səsləyirəm,
Quzum deyə, mən onu.
Yedirirəm, çimdirirəm,
Bəsləyirəm mən onu.
Bir quzum var rəngi ala.
Quzum oxşar marala.

Çağıranda, ala quzum,
Dönür dala tez quzum.
Mənim qəşəng bala quzum,
Mənim qara göz quzum.
Yata bilmirəm gecələr.
Yuxum qaçır gözümdən.
Deyirəm tez açıl səhər,
Quzumu tez görüm mən.
Bir quzum var rəngi ala,
Quzum oxşar marala.  
 

Mahnının notlarına baxmaq üçün sağ tərəfdə göstərilən "Əlavələr" bölməsindəki keçiddən istifadə edin.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Quzum
Sözləri Mehdi Seyidzadənin,...

(Səs verilməyib)  10-7-2007    Baxılıb: 57   
article Sevinmə, gülmə, quzum!
Sevinmə, gülmə, quzum,...

(Səs verilməyib)  10-10-2007    Baxılıb: 61