Sözləri Tofiq Mütəllibovun,
Musiqisi Ağabacı Rzayevanındır.
Qonaq gəlib elə qış
Soyumuşdur havalar
Ağ geyinmiş hər tərəf
Dayanmadan yağır qar.
Nəqərat:
Ah nə qədər gözəldir
Könülaçan fəsillər,
Qışı da bahar kimi
Sevir bizim nəsillər.
Heç qorxmayıb soyuqdan,
Geyinib isti paltar;
Qar topası oynayır
Çöldə qoçaq uşaqlar.
Nəqərat.