Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Musiqi .: Azərbaycan musiqisi .: Uşaq mahnıları .: Kukla

Kukla

Sözləri Cahangir Məmmədovun,
Musiqisi Ağabacı Rzayevanındır.
 


Ay uzunsaç, qaragöz,
Ağıllı kuklam mənim!
Gəl “Əlifba” oxuyaq,
Sən şakird ol, mən müəllim.

Bir de görüm “A”,
Ay gözəl kukla!
Yoxsa səninlə
Danışmıram ha...

Atam almış mənimçin,
Rəngli qələm və dəftər.
Kitabımda var budur
Gözəl-gözəl şəkillər.

Ağzını aç sən,
Söylə, can vətən!..
Nə tənbəl qızsan,
Niyə dinmirsən?

Oxumağı, yazmağı
Öyrənmişəm bacımdan.
Dərsə gedəndə mən “beş”
Alacağam hər zaman.

Asan bir hərfi
Sən bilmirsən ki;
Incimə, kukla,
Alırsan “iki”... 

Mahnının notlarına baxmaq üçün sağ tərəfdə göstərilən "Əlavələr" bölməsindəki keçiddən istifadə edin.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?