Sözləri Hikmət Ziyanın,
Musiqisi Əfsər Cavanşirovundur.
Balıqçıyıq, ay uşaqlar,
Kimin ova həvəsi var,
Tez qoşulsun cərgəmizə
Qarmaq ataq göy dənizə.
Gəlin burda,
Qayalarda
Bir yer seçək tez özümüzə
Xəzri əssin hey üzümüzə.
Nə xoş gəlir bu bizə.
Yavaş-yavaş külək əsir,
Indi balıq yemək gəzir...
Balıqçı dost, durma daha,
Xəşəm düşübdü qarmağa.
Çək tilovu
Tez tut ovu...
Xəşəm qaçdı, çəkmə bir dayan!
Balıqçılıq heç deyil asan.
Ay balıqçı, ay oğlan!
Ay uşaqlar, gəlin yaxın,
Çapaq tutdum, budur baxın!
Mən də tutdum, deyir kimsə,
Balıqçıyıq, əhsən bizə!
Bəsdir daha!
Balıqlara
Yazığınız gəlsin, ovçular!
Gərək yolda olsun yolçular,
Gecdir daha, a dostlar.