Sözləri Yusif Həsənbəyin,
Musiqisi Oqtay Zülfüqarovundur.
Mən bir kiçik aşpazam,
Yanımda boşqab, qazan,
Bişirdiyim xörəyin
Doymaq olmur dadından. (Bəndi 2 dəfə təkrar)
Bir sakit ol, a kukla,
Bir sakit ol, ağlama,
Dinməz otur yerində,
Məni işdən saxlama. (Bəndi 2 dəfə təkrar)
Acıyıb məstan pişik,
Indi o da ağlayar,
Dovşanlar da ağlasa
Onları kim saxlayar. (Bəndi 2 dəfə təkrar)
Qoy bişirim xörəyi
Gəlin bir yerdə yeyək,
Yuyub boşqab, qazanı,
Sonra bir az dincələk. (Bəndi 2 dəfə təkrar)