Sözləri Cahangir Məmmədovun,
Musiqisi Ağabacı Rzayevanındır.
Əlimə batma, aman!
Axı çox bərk incidir.
Mən heç nə tikməmişəm,
Bu işim birincidir.
Mən neçə yol kuklama
Papaq, corab tikərkən;
“Uşaqsan!” – deyə anam
Səni almış əlimdən.
Çox yalvarıb, anamdan
Səni güclə almışam.
Qızıl ulduz şəklini
Gərək tikəm bu axşam.
Atam baxıb söyləsin:
“Qızım iş görən qızdır!”
anam baxanda desin:
“Bu nə gözəl ulduzdur!...”