Sözləri Hüseyn Abbaszadənin,
Musuqisi Qənbər Hüseynlinindir.
Damarımızda
Qaynar qanımız.
Tuncdan, poladdan
Bərkdir canımız.
Nəqərat:
Qolumuzda el gücü var,
Yenilməzdir idmançılar.
İşdən yorulmaz
Biləklərimiz.
Sağlamdır, gəncdir
Ürəklərimiz.
Nəqərat:
Qolumuzda el gücü var,
Yenilməzdir idmançılar.
Yeni rekordlar
Gəlin vuraq biz,
Qoy şərəflənsin
Doğma ölkəmiz.
Nəqərat:
Qolumuzda el gücü var,
Yenilməzdir idmançılar.
Qanad açırıq
Suda, havada,
Şöhrətimiz var
Bütün dünyada.
Nəqərat:
Qolumuzda el gücü var,
Yenilməzdir idmançılar.