Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Musiqi .: Azərbaycan musiqisi .: Uşaq mahnıları .: Xoş gəlmisən, təzə il

Xoş gəlmisən, təzə il

Sözləri Hikmət Ziyanın,
Musiqisi Ağabacı Rzayevanındır.
 


Göz üstə olar yerin,
Hər axşamın-səhərin
Gülsə əgər üzə il,
Xoş gəlmisən, təzə il!

Nəqərat:

Neçə zəfərlərinlə,
Gözəl diləklərinlə,
Əlvan çiçəklərinlə
Ömrümüzü bəzə il.
Xoş gəlmisən, təzə il!

Sən bizdən hünər istə,
Dənizdə şəhər istə,
Şirin nəğmələr istə,
Gəl heyran qal bizə il,
Xoş gəlmisən, təzə il!

Nəqərat:

Dolan bütün dünyanı,
Gör, belə diyar hanı?!
Bizim eli, obanı
Özün gəzə-gəzə il.
Xoş gəlmisən, təzə il!

Nəqərat. 


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?