Sözləri Mehdi Seyidzadənin,
Musuqisi Səyid Rüstəmovundur.
Xəzər, Xəzər, coşqun Xəzər!
Dalğan göyərçinə bənzər.
Səhər, axşam qucağında
Gəmi üzər, qayıq gəzər.
Dənizçilər üzə-üzə,
Sularında gəzə-gəzə,
Doğma qardaş ellərindən
Pay gətirir hər gün bizə.
Dənizçilər bilməz tufan,
Bilməz yağış, bilməz duman,
Sənin doğma sularında
Keşik çəkir hər bir zaman.