Sözləri Aydın İbrahimovun,
Musiqisi Tofiq Bakıxanovundur.
Günəş getdi yatmağa,
Bizim Gülüş də yatır.
Səhər qızı yuxudan
Qızıl günəş oyadır.
Günəş yenə bu səhər,
Pəncərədən baxırdı.
Qız gözünü ovaraq,
Anasını çağırdı:
“Günəş məni yatmağa
Ay ana, niyə qoymur?
Qızım, günəş deyir ki,
Mən durmuşam, sən də dur”.