Sözləri Mehdi Seyidzadənin,
Musuqisi Səid Rüstəmovundur.
Gün, çıx, gün, çıx!
Kəhər atı min, çıx.
Çəmənlərə ver işıq,
Güllər alsın yaraşıq.
Şəfəqindən bəzənsin
Bağçalarda sarmaşıq.
Gün, çıx, gün, çıx!
Kəhər atı min, çıx!
Qoy ağarsın təpələr,
Parıldasın ləpələr.
Yuxusundan oyansın
Şirin dilli körpələr.
Gün, çıx, gün, çıx!
Kəhər atı min, çıx.
Gedək bağa, bağçaya,
Axışaq meydançaya.
Orda oynayaq, gülək.
Dönək coşqun bir çaya.