Sözləri Tofiq Mütəllibovun,
Musiqisi Midhət Əhmədovundur.
Ətirli güllər, sizi
Çox həvəslə əkmişəm.
Sulayıb səhər, axşam
Qayğınızı çəkmişəm.
Siz ey açan güllərim,
Ətir saçan güllərim.
Bu gün sevimli anam
Qayıdacaq şəhərdən,
Sizdən dəstə bağlayıb
Verəcəyəm ona mən.
Siz ey açan güllərim,
Ətir saçan güllərim.