Sözləri Teymur Elçinin,
Musiqisi Oqtay Zülfüqarovun.
Bizim vətən nəğməmiz
Uzaqlara yayılsın.
Səsimizdən hər tərəf
Yuxusundan ayılsın.
Nəqərat:
Gözəl vətən, can vətən,
Qoynu gülüstan vətən.
Gözəl vətən, can vətən,
Bizə mehriban vətən.
Yayda başı qar olar
Papağı şiş dağların.
Verər bizə çoxlu bar
Qoynu geniş bağların.
Nəqərat.
Sən xoşbəxt böyüdürsən
Bizi hər gün, hər saat.
Göylərə uçaq deyə,
Bizə verirsən qanad.
Nəqərat.