Sözləri Hikmət Ziyanın,
Musiqisi Musa Mirzəyevindir.
Polad kimi bədənimiz,
Gənc idmançı adımız var.
Qüvvətliyik, sağlamıq biz,
Sıramıza gəlin, dostlar!
Nəqərat:
Bizə yarış meydandır
Düzlər, çaylar, gen üfüqlar...
Hər oyunda, hər yürüşdə
Üzümüzə gülür zəfər.
Məşq edirik yorulmadan,
Bərkiyirik gündən-günə -
Yeni-yeni zəfərlərə
Çatmaq üçün sabah yenə.
Nəqərat.
Ucal, idman şərəfimiz
Yaxınlarda, uzaqlarda!
Qoy dolansın sorağımız
Hər obada, hər diyarda.
Nəqərat.