Sözləri Teymur Elçinin,
Musiqisi Oqtay Zülfüqarovun.
Niyə məndən qaçırsan
Balaca məstan?
Heç ağıllı pişik də
Küsərmi dostdan?
Gəl məstanım, gəl, məstan.
Bığlarını çəkmərəm
Ağrıdır yeri,
Gəl, məstanım, barışaq,
Çəkilmə geri!
Gəl məstanım, gəl, məstan.