Sözləri Hikmət Ziyanın,
Musiqisi Emin Mahmudovundur.
Keşiyində durmusan
Bu elin, bu torpağın,
Günəşdən işıqlıdır
Al-qırmızı bayrağın.
Nəqərat:
Ey mərd ürəkli ordum,
Polad biləkli ordum!
Neçə alovu, odu,
Söndürmüsən hünərlə.
Hər an qoşa çəkilir
Sənin adın zəfərlə.
Nəqərat:
Ey xoş diləkli ordum,
Polad biləkli ordum!
Yayılır nəğmə kimi
Milyonların “sülh” sözü,
Qoruduqca sən bizim
Fərəhli ömrümüzü!
Nəqərat:
Ey xoş diləkli ordum,
Polad biləkli ordum.