Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Musiqi .: Azərbaycan musiqisi .: Uşaq mahnıları .: Dostluq qatarı

Dostluq qatarı

Sözləri Cahangir Məmmədovun,
Musiqisi Ağabacı Rzayevanındır.
 

 
Bəzəkli vaqonlardan
Qatar düzəltmişik biz.
Sərnişinlər, tez olun,
Yoxsa gecikərsiniz.

Qatar gedir: du, du, du, du...
Dostluq qatarıdır bu.

Bakıdan Moskvaya
Biz gedirik: taq-taq-taq...
Qatar bir azdan sonra
Geriyə qayıdacaq.

Qatar gedir: du, du, du, du...
Dostluq qatarıdır bu.

Əgər gündə on dəfə
Gedib-gəlsə bu qatar,
Sevimli dostlarımız
Görün nə qədər artar.

Qatar gedir: du, du, du, du...
Dostluq qatarıdır bu. 


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Qatar
Sözləri Zeynal Cabbarzadənin,...

  10-7-2007    Baxılıb: 49   
article Mərdlik-namərdlik, dostluq, igidlik, məğrurluq - haqqında
El batır qəm dəryada, Kimə...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 132