Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Musiqi .: Azərbaycan musiqisi .: Uşaq mahnıları .: Çıq-çıq

Çıq-çıq

Sözləri İlyas Tapdığın,
Musiqisi Nəriman Məmmədovundur.
 

 
Saat yeddi: çıq-çıq, çıq-çıq.
Qalx yataqdan, bağçaya çıx.
Bax açılan çiçəklərə
Gəz, şehli gül dərə-dərə.

Nəqərat:

Gün çıxmadan sərin-sərin,
Havasını ud səhərin.
Kim çox yatsa səhər-səhər,
İştahası tez kəsilər.

Erkən gəzsə bağ-bağçanı,
Möhkəm olar onun canı.
Qalx yataqdan, bağçaya çıx.
Çıq-çıq, çıq-çıq.
Çıq-çıq, çıq-çıq.

Nəqərat. 


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?