Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Musiqi .: Azərbaycan musiqisi .: Uşaq mahnıları .: Canlı guşə

Canlı guşə

Sözləri Tofiq Mütəllibovun,
Musiqisi Midhət Əhmədovundur.

 
Guşəmizdə göyərçin,
Toyuq, kəklik, qaz da var.
Onlara yemək verib,
Qulluq edir uşaqlar.

Özümüz düzəltmişik
Bu canlı guşəni biz,
Onu seyr edən zaman
Fərəhlənir qəlbimiz.

Sudakı o balıqlar
Gör necə rəngbərəngdir,
Kəkliklərə baxınız,
Bir-birindən qəşəngdir.

Özümüz düzəltmişik
Bu canlı guşəni biz,
Onu seyr edən zaman
Fərəhlənir qəlbimiz. 


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?