Sözləri Cahangir Məmmədovun,
Musiqisi Ağabacı Rzayevanındır.
Buzovum çox qəşəngdir,
Rəngi ala-buladır.
Təzəcə durub gəzir,
Axı hələ baladır.
Ay gözəl buzovum,
Yaxın, gəl, buzovum.
Su içmək istədi o,
Yaxınlaşdı bulağa,
Suda görçək şəklini
Qorxub qaçdı uzağa...
Ay gözəl buzovum,
Yaxın gəl, buzovum.