Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Musiqi .: Azərbaycan musiqisi .: Uşaq mahnıları .: Bizim Bakı metrosu

Bizim Bakı metrosu

Sözləri Hikmət Ziyanın,
Musiqisi Ağabacı Rzayevanındır
.


Gülər üzlü Bakının,
Şirin sözlü Bakının,
Xəzər gözlü Bakının
Arzusuydu, arzusu
Bizim Bakı metrosu,
Bizim Bakı metrosu.

Yer altında işıqlı,
Bəzəkli, yaraşıqlı,
Çiçəkli, sarmaşıqlı
Bir şəhərdir doğrusu
Bizim Bakı metrosu,
Bizim Bakı metrosu.

Sübh çağı, gecəyarı,
Gör neçə səmtə sarı
Şütüyür qatarları,
Gah gurlayır, gah susur,
Bizim Bakı metrosu,
Bizim Bakı metrosu.

Enib, qalxır pillələr,
Fərəhim dünya qədər...
Qoy səni mən bəxtəvər
Gəzim Bakı metrosu,
Bizim Bakı metrosu,
Bizim Bakı metrosu. 
 


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Bizim gəmi
Sözləri Cahangir...

(Səs verilməyib)  10-7-2007    Baxılıb: 86   
article Bizim həyət
 Sözləri Teymur Elçinin,...

(Səs verilməyib)  10-7-2007    Baxılıb: 124   
article Bilməm nə görürdür bizim oğlan oxumaqdan?!
Bilməm  nə  görübdür...

(Səs verilməyib)  9-30-2007    Baxılıb: 165