Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Musiqi .: Azərbaycan musiqisi .: Uşaq mahnıları .: Balaca ovçu

Balaca ovçu

Sözləri Hikmət Ziyanın,
Musiqisi Oqtay Zülfüqarovundur.


Səhər açılan kimi,
Götürdüm tüfəngimi.
Yol açdım göy meşəyə,
Baş çəkdim hər guşəyə.

Birdən səs eşitdim mən
Gördüm tülküdür gələn.
Dedim: - bir də yeməzsən
Toyuq-cücələri sən!
Tüfəngimi doldurdum,
Tülkünü vurdum.

Ceyran gördüm atmadım,
Dovşan gördüm atmadım...
Neçə təpədən aşdım,
Hər tərəfi dolaşdım.

Birdən səs eşitdim mən,
Gördüm boz qurdlar gələn.
Dedim: - Bir də yeməzsən
Qoyun-quzuları sən!
Tüfəngimi doldurdum
Boz qurdu vurdum. 


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Balaca qarışqa və təpə
  ...Hükəmayi-hind öz...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 76   
article Balaca kapitan
Sözləri Cahangir...

(Səs verilməyib)  10-7-2007    Baxılıb: 91   
article Balaca neftçiyəm
Sözləri Rəfiq Zəkanın,...

  10-7-2007    Baxılıb: 86